Əlaqə Arxiv
news Image
2014.07.21
14:35
| A A A
Sabah Bakıda güclü külək olacaq

Sabah Azərbaycanda havanın dəyişkən buludlu, Bakıda isə güclü küləkli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, iyulun 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında iyulun 22-də əsasən yağmursuz hava şəraiti hökm sürəcək, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz