Araz Ağalarov 30 milyardlıq stadionlar tikir (FOTO)
Azərbaycanlı biznesmen Araz Ağalarovun başçılıq etdiyi "Crocus
Group" iki nəhəng layihənin inşasına start verib. ANS PRESS-in
məlumatına görə, 2018-ci il Dünya Çempionatı üçün nəzərdə tutulan
Rusiyanın Kalininqrad və Rostov şəhərlərində inşa ediləcək zövq
oxşayan, müasir stadionların hərəsinin dəyərinin 15,2 milyard
dollardan çox olacağı bildiirilir. Stadionların tamaşaçı tutumu 45
min nəfər olacaq.
Ümumilikdə götürdükdə Rusiyada keçirilən Dünya Çempionatı üçün 12 stadion tikintisi nəzərdə tutulsa da, Braziliya təcrübəsindən irəli gələrək FİFA prezidenti Zelp Blatter 10 stadionla kifayətlənə biləcəklərini qeyd edib.
Bu arada istifadəsi təxirə salınması ehtimal edilənlər arasında "Crocus Group"un Kalininqradda tikəcəyi stadion da var.