Əlaqə Arxiv
news Image
2014.07.22
16:49
| A A A
Bakıda dəhşətli dəmiryol qəzası

Bakıda qatar ağır yol qəzası törədib. Dünən Binəqədi rayonunda, Baksol ərazisində Biləcəri qəsəbəsi istiqamətindən gələn qatarın sisternlərindən biri çıxıb və bir-iki kilometr yuvarlandıqdan sonra qarşısına çıxan "VAZ-21011" markalı minik maşınının üzərinə çıxıb. 


Hadisə şahidlərinin milli.az-a verdiyi məlumata görə, sistern "VAZ-21011"i sürüyərək bir neçə metr aparıb. Qarşısına çıxan beton maşınına dəyərək dayanıb. Parçalanan minik maşınının qalıqları böyük əraziyə yayılıb. Qəzaya uğrayan qatarın hərbi bazanın olduğu deyilir.


Hadisə şahidləri deyir ki, qatardan ayrılan sistern o qədər sürətlə gedirmiş ki, teplovoz arxasından xeyli getsə də, çata bilməyib. Minik maşınında olan ata-bala ağır xəsarət alıb. Onları maşından çıxararaq xəstəxanaya aparıblar.


Sizin Reklam Yeriniz