Əlaqə Arxiv
news Image
2014.07.22
17:51
| A A A
Qadın alverçisi tutuldu
Tovuz rayon sakininin qadınları fahişəliyə cəlb etməsi və əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Movqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon sakini İlqar Namazovun gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. Bundan əlavə məlum olub ki, İ.Namazov həm də Tovuz şəhərinin ərazisində yerləşən kafedə əxlaqsızlıq yuvası təşkil edirmiş.
Sizin Reklam Yeriniz