Əlaqə Arxiv
news Image
2014.07.22
18:07
| A A A
“Məşhur erməni milyarderini MTN tutub”

"Ayrapetyanın həbsi Azərbaycan və Rusiya xüsusi xidmət orqanlarının birgə fəaliyyətinin nəticəsidir".

Movqe.az xəbər verir ki, bu açıqlama ilə erməni generalı Arkadi Ter-Tadevosyan çıxış edib. O, Ayrapetyanın həbsinin heç kim tərəfindən gözlənilmədiyini bildirib:

"Baş verənlər Rusiya rəhbərliyi ilə əlaqədar deyil. Bu, iki ölkənin xüsusi xidmət orqanlarının razılığı nəticəsində baş verib. FTX-nin fəaliyyəti Sovet sistemində olduğu kimidir. Onlar hökumətdən tapşırıq alar, müəyyən yoxlamalar aparar, amma tutduqları şəxslərdən rəhbərliyin məlumatları olmaya da bilər. Onun həbs edildiyi gün biz Qarabağda bir yerdə idik. Sonra o, Moskvaya yola düşdü. Aeroporta gələndə isə onun Monakodan gəldiyi deyildi. Artıq Ayrapetyanı Azərbaycanın xüsusi xidmət orqanları izləyirdi. Onlar Ayrapetyanı çoxdan izləyirlər. Ayrapetyan isə burada hərbi texnikumun tikilişini maliyyələşdirirdi".

Qeyd edək ki, bir müddət öncə məşhur erməni milyarderi Levon Ayrapetyan Moskvada Domodedova aeroportunda həbs edilmişdi. Dünyanın ən varlı 10 ermənisindən biri (o özü özünü dünyanın ən varlı ermənisi adlandırmışdı) kimi tanınan Ayrapetyan Ermənistana hərbi sövdələşmələrdən tutmuş diaspor fəaliyyətinə qədər, geniş maliyyə dəstəyi verən və ölkəsinin işğalçılıq siyasətini dəstəkləyən şəxs kimi tanınır.

Sizin Reklam Yeriniz