Əlaqə Arxiv
news Image
2014.07.23
11:55
| A A A
Təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Fasilələrin səbəbi təmir işlərinin aparılması ilə əlaqədardır


"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən anspress-ə verilən məlumata görə, bu gün saat 12:00-dək Zaqatala rayonunun bir hissəsinə, saat 13:00-dək Nərimanov rayonunun bir hissəsinə, saat 15:00-dək Balakən rayonuna, saat 17:00-dək Binəqədi və Xətai rayonlarının bir hissəsinə, saat 18:00-dək Quba rayonuna, Sabunçu, Xəzər, Qazax, Şamaxı və Göyçay rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Yevlax rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


Fasilələrin yaranması qaz nəqli sistemində və qaz şəbəkəsində təmir işlərinin aparılması və qaztənzimləyici qurğunun quraşdırılması ilə əlaqədardır.


Sizin Reklam Yeriniz