Əlaqə Arxiv
news Image
2014.07.23
15:39
| A A A
Kəlbəcərdə əsir götürülən Dilqəm Əsgərov Rusiya vətəndaşı deyilmiş

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar arasında Rusiya Federasiyasının vətəndaşı yoxdur.

 

APA-nın Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya səfiri Vladimir Doroxin Milli Məclis sədrinin müavini Bahar Muradovaya ünvanladığı məktubunda bildirib.

 

"Rəsmi olaraq Sizə məlumat verirəm ki, Kəlbəcərdə baş vermiş insident zamanı tutulanlar arasında Rusiya Federasiyasının vətəndaşı yoxdur", - deyə V. Doroxin məktubunda yazıb.

 

Qeyd edək ki, Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması barəsində məlumatlar yayılıb.

 

B. Muradova da mətbuata müsahibəsində Rusiyanı öz vətəndaşının taleyinə biganə qaldığına görə tənqid edib.

Sizin Reklam Yeriniz