Əlaqə Arxiv
news Image
2014.07.23
15:53
| A A A
Əsgərimiz özünü güllələdi

Azərbaycan Ordusunda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Murovdağda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. 

 

Hərbi hissənin əsgəri Polad Malik oğlu Bayramlı əlindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Əsgər hospitala yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.


 Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz