Məcburi köçkünlər BQXK-nin qarşısına toplaşdı (VİDEO)
Ermənistan tərəfinin Kəlbəcərdə girov saxladığı
azərbaycanlıların aqibətinə aydınlıq gətirməməsi ölkədə etirazlarla
nəticələnib. ANS TV-nin məlumatına
görə, ötən gün Bərdə də baş tutan aksiyanın ardınca, bir qrup
Kəlbəcər sakinləri Beynəlxalq Qızıl Xaç komitəsinin Bakı
nümayəndəliyinin qarşısında etiraz edib.
Əllərində Azərbaycan bayrağı və girov götürülənlərin şəklini tutan məcburi köçkünlər Qızıl Xaç Komitəsini fəaliyyətsizlikdə, bu müddət ərzində heç bir iş görməməkdə ittiham edib. Öz doğma torpaqlarında girov düşən vətəndaşlarımıza azadlıq tələb ediblər. Qətnamənin oxunmasından sonra, 4 nəfər nümayəndə Qızıl Xaç Komitəsində qəbul olunub. Komitədən əmin edilib ki, hazırda girovlarla görüş üçün danışıqlar gedir, həmçinin girov düşən 3 nəfər Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənovun sağ-salamat olması barədə məlumatlar dəqiqləşdirilir.