Əlaqə Arxiv
news Image
2014.07.24
12:30
| A A A
Qaçqınkom girov götürülən azərbaycanlılarla bağlı bəyanat yaydı
Fotoların Həsən Həsənova aid olduğu təsdiq olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin Kəlbəcərdə ermənilər tərəfindən giropv götürülən azərbaycanılarla bağlı bəyanat yayıb:

Anspress-ə daxil olan bəyanatada qeyd olunub ki, girov götürülən Həsən Həsənovun cəsədin həmin şəxsə aid olduğunu dəqiqləşdirmək üçün əlavə kömək edici identifikasiya materiallarına ehtiyyac vardır:


"Bildiririk ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı ilk gündən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə bir neçə dəfə görüş keçirilmiş və girov götürülmüş şəxslərin talehi ilə bağlı və bu günə qədər onlar haqqında heç bir məlumatın olmadığından Azərbaycan tərəfinin narahatlığı qarşı tərfin diqqətinə çatdırılıb. 

Bununla yanaşı girov götürülmüş şəxslərlə bağlı hər hansı bir məlumatın əldə edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanmış və bu istiqamətdə intensiv iş aparmalarının zəruriliyi diqqətə çatdırılıb.

Bütün bunların nəticəsi kimi Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bir neçə fotolar əldə dilmiş və həmin fotolarda girov götürülmüş şəxslərdən biri olan və ermənilər tərəfindən öldürüldüyü ehtimal olunan Həsən Həsənovun olduğu bildirilmişdir. Bununla əlaqədar olaraq ailə üzvləri, qohumları həmin fotolar ilə tanış olmuş və həmin şəxsin Həsən Həsənov olduğu təsdiq olunmuşdur. Eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən cəsədin qaytarılması ilə bağlı danışıqlar aparılmış, lakin onlara bildirmişlər ki, cəsədin həmin şəxsə aid olduğunu dəqiqləşdirmək üçün əlavə kömək edici identifikasiya materiallarına ehtiyyac vardır.

Qeyd etmək istəyirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov, Şahbaz Quliyevlə görüşün təşkil olunması və Həsən Həsənovun cəsədinin qaytarılması ilə bağlı görülən işlər gündəlik ölkə prezidenti cənab İlham Əliyevin nəzarətindədir. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcəkdir".


Sizin Reklam Yeriniz