Əlaqə Arxiv
news Image
2014.07.24
14:55
| A A A
Kolleclərə qəbul olan abituriyentlərə şad xəbər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) kolleclərə qəbul olan abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a  verilən xəbərə görə, müraciətdə qeyd olunub ki, ümumi orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin qəbul olduqları kolleclərdə qeydiyyatı bu gün saat 17-də başa çatır. 

Bu proses iyulun 14-dən başlayıb və bu müddət ərzində abituriyentlər tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Göstərilən müddətdə abituriyentin qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul olanlar siyahısından xaric ediləcək.


Sizin Reklam Yeriniz