Əlaqə Arxiv
news Image
2014.07.25
17:11
| A A A
Vəba karantini aradan qaldırıldı

Çinin şimal-qərbindəki Qansu əyalətində bir nəfərin vəbadan ölməsi nəticəsində keçən həftə karantin altına alınan Yumi şəhərində karantin tətbiqinin aradan qaldırıldığı bildirilib. 


Movqe.az xəbər verir ki, şəhərdə 38 yaşındakı bir kişinin vəba xəstəliyindən həyatını itirməsi nəticəsində tədbir məqsədli başladılan karantin tətbiqi 10 gündür ki, davam edirdi. Ölən şəxslə təmasda olan 151 nəfər müşahidə altında saxlanılırdı. 


Çin Milli Sağlamlıq və Ailə Planlama Komissiyası, bölgəyə epidemiya xəstəliklərin qarşısının alınması və nəzarət üçün mütəxəssislər göndərdiyini bildirmişdi. Səlahiyyətlilər ölən adamdan geriyə qalan hər şeyin yox edildiyini bildirmişdi. 


Çində vəba ən təhlükəli yoluxucu xəstəliklər siyahısında yer alır.

Sizin Reklam Yeriniz