Əlcəzairin sərnişin təyyarəsi yoxa çıxıb
Əlcəzairin "Air Algerie" şirkətinə məxsus sərnişin təyyarəsi yoxa çıxıb.
Rusiya mətbuatında verdilən məlumata görə, şirkət rəhbərliyi bəyan edib ki, təyyarə Burkina-Fasodan Əlcəzair paytaxtına istiqamət götürdükdən sonra pilotlarla əlaqə kəsilib.
Təyyarənin göyərtəsində 100-dən çox sərnişinin olduğu bildirilir.