Əlaqə Arxiv
news Image
2014.07.24
17:45
| A A A
Mədəniyyət və Turizm Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib

Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi xəbərə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 24 iyul 2014-cü il tarixli əmri ilə nazirliyin Aparat rəhbəri vəzifəsinə Bayramov Rafiq Yasin oğlu təyin olunub.

 

R. Bayramov 1972-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1995-1998-ci illərdə gənclər təşkilatlarında, Gənclər Təşkilatlarının Milli Şurasında ictimai fəaliyyətlə məşğul olub. 1998-1999-cu illərdə Bakı səhər Nizami rayon Gənclər və İdman İdarəsində, 1999-2001- ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Aparatında  ictimai - siyasi şöbədə məsul vəzifələrdə  işləyib. 2001-ci ildən Gənclər, İdman və Turizm Nazirliyində  Gənclərlə iş şöbəsində baş təlimatçı, 2003-2006-cı illərdə gənclər, idman və turizm nazirinin köməkçisi, 2006-cı ildən isə mədəniyyət və turizm nazirinin köməkçisi işləyir.

 

2011-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

 

Qeyd edək ki, nazirliyin keçmiş Aparat rəhbəri Firudin Qurbanov Azərbaycan prezidentinin 18 iyul tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib.


Sizin Reklam Yeriniz