Əlaqə Arxiv
news Image
2014.07.24
18:00
| A A A
Azərbaycan Silahlı Qüvvələrinin hərbi geyim qaydaları dəyişəcək

Müdafiə Nazirliyi dəyişiklərlə bağlı təklifləri artıq hökumətə təqdim edib

Azərbaycan Silahlı Qüvvələrinin hərbi geyim qaydalarında dəyişikliklərin edilməsi gözlənilir.

 

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

 

Artıq bununla bağlı Müdafiə Nazirliyi tərəfindən müvafiq dəyişikliklər layihəsi hazırlanaraq təsdiq olunmaq üçün hökumətə təqdim olunub.

 

Layihədə hərbçilərin geyimləri ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulur. Yeniliklərin nədən ibarət olduğu açıqlanmayıb.

 

Qeyd edək ki, ötən ilin sonlarında müdafiə nazirinin əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim formasının daşınma qaydaları"nda dəyişikliklər edilib.

 

Müdafiə nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, döyüş növbətçiliyi, çöl məşğələləri, təlimlər, daxili və qarovul xidmətlərinin aparılması halları istisna olmaqla, kamuflyaj rəngli yay (qış) və istiləşdirilmiş gödəkcələrində bel kəmərlərinin daşınmamasına icazə verilir. Uniformada bu element tam yox, qismən ləğv edilib. Burada məqsəd həm hərbi formanın estetik baxımdan görünüşü, həm də hərbi qulluqçuların rahatlığına üstünlük verilməsidir.

Sizin Reklam Yeriniz