Tale Heydərovdan çağırış
AAC sədri “Mən gənc səfirəm” ASAİF Budapeşt Forumunda çıxış edib
“Lobbi quruculuğu zamanı xüsusi diqqət yetirdiyimiz bir məsələ üzərində də dayanmaq istəyirəm. Bu da anti-Azərbaycan qüvvələrinin genişlənən lobbiçilik fəaliyyətimizdən narahat olaraq bizə qarşı apardığı əks təbliğatın Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) təsisçisi və sədri Tale
Heydərov "Mən gənc səfirəm" ASAİF Budapeşt Forumunda keçirilən
"Xaricdə təhsil alan Azərbaycanlı Gənclərin təşkilatlanma, diaspora
və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və
perspektivlər" panelində çıxış edib.
APA-nın məlumatına görə, azərbaycanlıların xaricdə təhsil almasının tarixi barədə danışan T. Heydərov bildirib ki, Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 1919-cu ildə yaranmasına qədər Azərbaycanın bir çox ziyalıları məhz xaricdə təhsil almışdılar. Bunların sırasında Həsən bəy Zərdabi, Fətəli Xan Xoyski, Nəcəf bəy Vəzirovun və başqalarının adını çəkən AAC sədrinin sözlərinə görə, Azərbaycan 1918-ci ildə müstəqillik əldə edəndən sonra ali təhsil mütəxəssislərinə ehtiyac özünü daha aydın göstərməyə başlayıb: "Azərbaycan Maarif Nazirliyi bu işi görmək üçün 7 milyon manat vəsait ayırmış, həmin vəsait hesabına Rusiya, Fransa, Türkiyədə tələbələrin oxuması, İngiltərə, Fransa, İtaliya və Türkiyəyə tələbə göndərilməsi ilə bağlı rəsmi qərar qəbul olunmuşdu".
T. Heydərov çıxışında tarixi təcrübənin öyrənilməsinə diqqət yetirməyinin zəruriliyini qeyd edib: "Azərbaycanın xaricdə təhsillə bağlı tarixi tələbə hərəkatını öyrənməyə ehtiyac var. Vaxtilə Avropanın müxtəlif ali təhsil məktəblərində təhsil almış şəxslərin fəaliyyəti tədqiq olunmalıdır. Bu, eyni zamanda Avropa təhsil sistemində inteqrasiyanın əsasını qoymuş həmin şəxslərin ruhuna hörmət, nəsillər arasında mühüm körpü yaratmış olar. Məlumat üçün bildirmək istəyirəm ki, hazırda Avropa-Azərbaycan Cəmiyyəti Azərbaycan Demokratik Respublikası tərəfindən xaricdə təhsil almağa göndərilmiş tələbələr haqqında "100 tələbə" adlı layihə üzərində çalışır, ayrı-ayrı Avropa dövlətlərində bu istiqamətində araşdırmalar aparılır. Layihənin reallaşması nəticəsində sənədli film hazırlanacaq və sənədlər toplu nəşr olunacaq".
Daha sonra Tale Heydərov xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması, diaspora və lobbiçilik fəaliyyətinin müasir nəzəriyyəsindən bəhs edib, bildirib ki, azərbaycanlı gənclərin xaricdə təhsilinin xüsusiyyətinin müəyyənləşdirilməsi zəruridir: "Hamıya məlum olduğu kimi, xarici təhsilin strategiyası, onun təşkili, həyata keçirilməsi və idarə olunması, məzunların işlə təmin edilməsi və s. tədbirlər dövlət proqramı səviyyəsində tənzimlənir. Belə bir vəziyyət azərbaycanlı gənclərin xaricdə təhsili tarixində keyfiyyətcə yeni bir dövrdür".
AAC sədri xaricdə təhsil alan tələbələrin təşkilatlanması və diaspora işi ilə məşğul olması barədə də danışıb: "Diaspora fəaliyyətinin əsas xüsusiyyəti ondan ibarətdir ki, xaricdə olan azərbaycanlıları vahid platformada birləşdirsin. Bu platformanın əsasında isə azərbaycançılıq ideologiyası durur. Avropanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərin tam coğrafiyasının müəyyənləşdirilməsinə ehtiyac var. Hər bir ölkədə azərbaycanlıların təhsil aldıqları universitetlərdə Azərbaycan təşkilatlarının yaradılması, ölkələr üzrə təşkilatların formalaşdırılması və bu təşkilatların demokratik, müstəqil və yaradıcı fəaliyyətinin təşkil olunması çox vacibdir. Bu proses həmin təşkilatların fəaliyyət göstərdiyi ölkədə Azərbaycanın tanıdılması və lobbi qrupların yaradılması istiqamətində fəaliyyətin effektivliyinə birbaşa təsir edir. Fikrimcə, gəncliyin spesifikasını, onun daim inkişafda, yeniliklərə açıq olduğu tələbə kontingentinin dəyişkənliyini və digər şərtləri nəzərə alaraq, ciddi mərkəzləşdirməyə üstünlük verməmək daha məqsədəuyğun olar. Yüksək standartlarla birgə azərbaycanlı gənclərin xarakterinə cavab verən təşkilatlar diaspora və lobbiçilik fəaliyyətinin uğurunun başlıca amilidir".
T. Heydərov AAC-nin bu sahədəki təcrübəsindən də söz açıb. Deyib ki, AAC Londonda təsis edilən müstəqil qeyri-hökumət təşkilatıdır və əsas məqsədi Azərbaycanın Avropada tanıdılmasına, ümummilli problemlərin dünyaya çatdırılması və həllində Avropa İttifaqı ölkələrinin dəstəyini almaqdır. O, AAC-ın Almaniya, Belçika, Fransa və digər ölkələrdə Azərbaycanın tarixinə, mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsinə dair hərtərəfli akademik yanaşmaya əsaslandıran məlumatlanma işləri apardığını deyib: "Avropa-Azərbaycan Cəmiyyəti fəaliyyətinin bütün istiqamətlər, o cümlədən diaspora fəaliyyətinə dair hüquqi mütəxəssislər tərəfindən hazırlanmış xüsusi konsepsiyalara malikdir. Bu da bizim işimizi ən müasir tələblər səviyyəsində qurmağa imkan verir. Cəmiyyətin konsepsiyasında xaricdə təhsil alan tələbələrə də xüsusi yer ayrılıb".
O, Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsinin, qurultayda milli sənədlərin qəbul edilməsinin diaspora fəaliyyətində irəliləyişə səbəb olduğunu qeyd edib: "Təəssüf ki, bu fikri lobbiçilik haqqında söyləmək mümkün deyil. Avropa-Azərbaycan Cəmiyyəti bunu nəzərə alaraq, lobbiçilik sahəsində də ümummilli fəaliyyət istiqamətlərini hazırlayıb və bu istiqamətdə iş üzrə təcrübə toplayıb. Çox gərgin fəaliyyət nəticəsində hazırda Böyük Britaniya, Almaniya, Belçika, Fransa və digər ölkələrin parlamentləri, nüfuzlu siyasi partiyaları, elm və mədəniyyət xadimləri ilə hərtərəfli əlaqələr qurulub".
Əsas lobbiçilik fəaliyyətlərinin Avropa ölkələrində Azərbaycanın mənafeyini müdafiə edən müxtəlif qrupların yaradılmasından ibarət olduğunu qeyd edən T. Heydərov həmin qrupları geniş materiallarla tanış etdiklərini, Azərbaycanla əlaqələndirdiklərini söyləyib: "Lobbi quruculuğu zamanı xüsusi diqqət yetirdiyimiz bir məsələ üzərində də dayanmaq istəyirəm. Bu da anti-Azərbaycan qüvvələrinin genişlənən lobbiçilik fəaliyyətimizdən narahat olaraq bizə qarşı apardığı əks təbliğatın nəzərə alınması ilə bağlıdır. Bu cür qüvvələr Azərbaycanın artan nüfuzundan qorxaraq, ölkəmizi dəstəkləyən lobbi qruplarına qarşı sözün əsl mənasında media müharibəsi təşkil edir, onları gözdən salmağa çalışırlar. Belə bir təbliğata hazır olmaq və lobbi qrupumuzun müdafiəsi də bizim əsas vəzifələrimizdən biridir. Düşünürəm ki, lobbiçilik fəaliyyəti zamanı daha çox professionallıq və təcrübəyə ehtiyac var. Bu sahədə diletantlıq əksər vaxtda əks nəticələr verir, hətta ölkənin nüfuzdan düşməsinə gətirib çıxarır. Qeyd edə bilərəm ki, Avropa-Azərbaycan Cəmiyyətinin Avropanın yuxarıda adları çəkilən nüfuzlu dövlətlərində lobbi quruculuğu sahəsində hərtərəfli təcrübəyə malik olan strukturları var. Xaricdə təhsil alan azərbaycanlı gənclərin də bu sıraya gətirilməsi vacibdir. Azərbaycanlı gənclər daha aktiv şəkildə lobbiçilik fəaliyyətinə cəlb olunsalar, daha yaxşı olar".
T. Heydərov Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünyaya çatdırılmasında xaricdə təhsil alan tələbələrin çox böyük imkanlarının olduğunu da vurğulayıb: "Xaricdə təhsil alan tələbələr, onların ayrı-ayrı təşkilatlarının vahid strategiyası yaradılmalıdır. Bundan başqa, xarici auditoriya üçün yüksək peşəkarlıqla kitabların, filmlərin, digər layihələrin hazırlanmasına ehtiyac var. Həmin layihələr hazırlandıqdan sonra isə xaricdə təhsil alan tələbələr təhsil aldıqları universitetlərdə təqdimatlar keçirsin, müxtəlif akademik dairələrə bununla bağlı məlumatlar versinlər. Bu bizim lobbiçilik şəbəkəsinin genişlənməsinə yeni imkanlar yarada bilər".
T. Heydərov bildirib ki, AAC bu sahədə əməkdaşlığa hər zaman hazırdır. O, AAC tərəfindən Böyük Britaniya və Rusiyada nəşr edilmiş "Qafqazda erməni məsələsi: Rusiya arxiv sənədləri və nəşrləri üzrə" kitabının, Məmməd Səid Ordubadinin "Qanlı illər" əsərinin, o cümlədən Azərbaycan haqqında xarici studiyalarda birgə hazırlanmış müxtəlif sənədli filmlərin təqdimatının keçirilməsini münasib hesab etdiklərini bildirib.
T. Heydərov lobbi quruculuğu zamanı bu və ya digər ölkədə gənc və perspektivli siyasi qüvvələr, elmi mədəni dairələrlə işə xüsusi diqqət yetirməyin zəruriliyini də qeyd edib: "Biz həmin qüvvələri tapmağa, onlarla əməkdaşlığa çalışır, xaricdə təhsil alan tələbələri bu sahədə əməkdaşlığa dəvət edirik".