Əlaqə Arxiv
news Image
2014.07.25
13:05
| A A A
Azərbaycanda rayon təhsil şöbələri ləğv ediləcək
Regional Təhsil idarələrinin yaradılması ilə bağlı Təhsil Nazirliyində işçi qrup yaradılıb

Təhsil Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq ötən gün ölkə prezidenti İlham Əliyevin Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncamının icrası ilə əlaqədar işçi qrupu yaradıb.

 

Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında deyib ki, işçi qrup sərəncamda qeyd olunan məsələlərin-təhsil şöbələrinin ləğv edilərək Regional Təhsil İdarələrinin yaradılması ilə bağlı fəaliyyət göstərəcək. Sərəncama əsasən, ölkə üzrə 62 təhsil şöbəsi ləğv edilərək 15 Regional Təhsil İdarəsi yaradılacaq.

 

Qeyd edək ki, ötən gün prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Təhsil Nazirliyinin regional idarələri yaradılıb. Dövlət başçısı Təhsil Nazirliyinin strukturunu da təsdiq edib. Təhsil Nazirliyinin yeni strukturuna Nazirliyin aparatı və nazirliyin strukturuna daxil olan qurumlar-Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri daxildir. Nazirlər Kabinetinə, Ədliyyə və Maliyyə nazirliklərinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Sizin Reklam Yeriniz