Əlaqə Arxiv
news Image
2014.07.25
15:34
| A A A
Aydın Əliyev Zaqatala rayonunda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Zaqatala rayonunda vətəndaşları qəbul edib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəbul çərçivəsində Gömrük Komitəsinin sədri Aydın Əliyev Qax, Zaqatala və Balakən rayonlarından olan sakinlərin gömrük məsələləri ilə bağlı şikayət və təkliflərini dinləyib.

 

Qəbul zamanı iki nəfər gömrük orqanlarında işə düzəlmə ilə bağlı müraciət etsə də, digər şəxslər gömrük sisteminə heç bir aidiyyatı olmayan torpaq, təhsil haqqı, kredit borcunun bağlanması və digər məsələlərlə bağlı müraciət edib.

 

Komitə sədri müraciət edən sakinləri diqqətlə dinləyərək, bu müraciətləri mövcud qanunvericiliyə uyğun şəkildə cavablandırıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Sizin Reklam Yeriniz