Əlaqə Arxiv
news Image
2014.07.25
16:43
| A A A
Tovuzda 2 körpə evdə yandı

Tovuz rayonunda evlərin birində dəhşətli yanğın baş verib. Qovlar şəhərində yaşayan Kazım Kazımova məxsus evdə yanğın baş verib.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, Kazım Kazımovun iki azyaşlı qızı evdə qalıb. Xilasedicilər dərhal evə daxil olaraq uşaqları ordan çıxarıblar.


Hadisə nəticəsində ağır yanıq xəsarətləri alan 1 yaşlı Məsumə və 2 yaşlı Firuzə xəstəxanaya yerləşdirilib. Lakin Məsumənin həyatını xilas etmək mümkün olmayıb. Firuzənin vəziyyəti isə ağırdır.


Faktla bağlı araşdırma aparılır.(anspress.com)

Sizin Reklam Yeriniz