Əlaqə Arxiv
news Image
2012.07.09
16:54
| A A A
Dəhşətli xəritə

Movqe.az xəbər verir ki, Amerikalı bir mütəxəssis son 114 ildə meydana gələn 4 baldan yuxarı 203 min 186 zəlzələni tək bir xəritədə verdikdə ortaya qəribə görüntülər çıxıb. Zəlzələ xəritəsini Şimali Kaliforniya Zəlzələ Mərkəzi hazırlayıb. "IDV Solutions" adlı veb proqram şirkətinin xəritə müdiri Con Nelson hər zəlzələ üçün şiddətinə görə bir parlaqlıq kodu təyin edib. Sonra isə NASA-nın dünya fotoşəkillərindən istifadə edərək xəritəyə son şəklini verib. Xəritəni Sakit okean üzərində formalaşdırmağa qərar verdiyini söyləyən Nelson, "Çünki o bölgə möcüzənin başladığı yerdir" deyib. Xəritədə parlaq yaşıl rənglə göstərilən nöqtə, dünyada zəlzələ və vulkan partlayışlarının ən sıx baş verdiyi, iki tektonik lövhəyə birləşdiyi "Alov Çevrəsi" bölgəsidir.

Sizin Reklam Yeriniz