Əlaqə Arxiv
news Image
2014.07.25
18:30
| A A A
Nizamidə 5 maşın toqquşub; sürücü maşını atıb qaçıb

Yan-yana gedən "Mersedes"lər bir-birinə çırpılandan sonra sürücülərdən biri aradan çıxıb

Bakının Nizami rayonunda 5 maşın toqquşub. APA-nın məlumatına görə, qəzaya səbəb olan sürücü hadisə yerindən qaçıb. Babək prospekti ilə şəhər istiqamətində hərəkət edən "Mersedes" markalı minik avtomobilinin sürücüsü maşını onunla eyni istiqamətdə hərəkət edən digər "Mercedes"ə çırpıb. Bundan sonra sürücü idarəetməni itirib və yolun əks tərəfinə keçən "Mercedes" KİA markalı avtomobilə çırpılıb. Arxadan gələn "Saipa" markalı avtomobil isə KİA-nı vurub. Zəncirvari qəzanı törədən "Mercedes"in sürücüsü maşını hadisə yerində ataraq qaçıb. Qəza yerində araşdırma aparan Yol Patrul Xidmətinin əməkdaşları ilkin araşdırmadan sonra müəyyən ediblər ki, qəzaya yüksək sürət səbəb olub.


Sizin Reklam Yeriniz