Əlaqə Arxiv
news Image
2014.07.25
18:58
| A A A
"Çelsi"nin futbolçusu eyvandan düşüb öldü
Futbolçu Türkiyədə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Növbətçi "Çelsi"nin sabiq futbolçusu Türkiyədə bədbəxt hadisə nəticəsində ölüb.ANS PRESS-in məlumatına görə, 23 yaşlı futbolçu Cordan Tabor Antalya şəhərində bir otelin 3-cü mərtəbəsindən yıxılıb. İngiltərə mətbuatında yayılan məlumata görə, Tabor tətil üçün Antalyaya getmişdi. Taborun səhər saat 6-da otel işçiləri tərəfindən cansız bədəni aşkarlanıb. Gənc oyunçunun eyvandan düşdüyü zənn edilir. "Çelsi" klubu hadisə ilə bağlı başsağlığı verib: "Klubumuzdakı hər kəs bu ölüm xəbəriylə böyük bir şok keçirib. Hər birimiz dərin bir kədər hissi yaşayırıq. Bütün ürəyimiz sabiq futbolçumuzun ailəsi və yaxınlarıyla birlikdədir", - deyə klubdan bildirilib.


Sizin Reklam Yeriniz