Əlaqə Arxiv
news Image
2014.07.25
19:00
| A A A
Ucu-bucağı görünməyən ölü karvanı
"Boeing 777"də ölən hollandların cənazələri öz vətənlərində

Ukraynanın Donetsk bölgəsində vurulan "Boeing 777" təyyarəsində həlak olan hollandlar öz ölkələrinə aparılır. Movqe.az-ın məlumatına görə, Ukraynada Rusiya tərəfdarı separatçı dəstələr tərəfindən zibil maşınlarına yığılan meyitlər Hollandiyada rəsmi mərasimlə qarşılanıb.Xarkovdan hərbi təyyarələrlə göndərilən cənazələrin 74-ü artıq Hollandiyaya gətirilib. Bayraqların yarıya endirildiyi ölkədə cənazə karvanının keçəcəyi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.Hər tabut üçün bir avtomobil təsis edilib və cənazələr şəxsiyyətlərinin müəyyən edilməsi üçün Hilversum şəhərinə aparılıb. Hollandiya xalqı yol kənarlarına düzülərək cənazə karvanını izləyiblər.Qeyd edək ki, ötən gün daha 40 cənazə Hollandiyaya aparılmışdı. Geridə qalan cəsədlərin isə bu gün ərzində Hollandiyaya göndərilməsi gözlənilir.


Sizin Reklam Yeriniz