Çikaqoda növbəti qətliamın qurbanı uşaqlar oldu
ABŞ-nin Çikaqo şəhərində (İllionis ştatı) naməlum şəxs yoldan
keçənlərə odlu silahdan atəş açmağa başlayıb. Movqe.az ANS PRESS-ə
istinadən xəbər verir ki, nəticədə 12 yaşlı oğlan uşağı həyatını
itirib, 5 nəfər isə yaralanıb. Çox güman ki, yaralılar arasında da
uşaq var. ABŞ KİV-nin iddiasına görə atəşlər sonradan uzaqlaşan
maşından açılıb.
Yaralananlardan 4 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti həkimlər tərəfindən kritik, digər ikisinin isə ağır qiymətləndirilir. İnsidentin araşdırılmasına başlanıb.
Qeyd edək ki, bu tip qətliamlar ABŞ-də nadir hadisə kimi tanınmır. Təkcə 2 gün əvvəl xəstəxanada olan pasient hamıya güllə açmağa başlayıb. Nəticədə xəstəxananın bir əməkdaşı həyatını itirmiş, bir həkim isə yaralanmışdı.
13 iyulda isə naməlum kişi Kaliforniyanın Pasadina şəhərində odlu silahla əsl qətliam törədib. Qətliam nəticəsində 3 nəfər həyatını itirib, iki nəfər isə yaralanıb.
9 iyulda Las-Veqasda atışma zamanı 2 polis və bir yoldan keçən həyatını itirib.
8 iyulda Vaşinqtonda bir nəfər xəstəxana əməkdaşını güllələdikdən sonra, həyatına son qoyub.
Bunlar hələ təkcə iyul ayına olan bu tip hadisələrdəndir.