Əlaqə Arxiv
news Image
2014.07.27
22:00
| A A A
Goranboy və Lənkəranda ev yandı
Goranboy rayonu, Qazaxlar kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan ikimərtəbəli 5 otaqlı evin zirzəminin tavanı və zirzəmiyə yığılmış ev əşyaları 24 kv.m sahədə yanıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, evin qalan hissələri yanğından mühafizə olunub.

Lənkəran şəhərində də vətəndaşlara məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları 76 kv.m və dam örtüyü 96 kv.m sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 238 kv.m olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə və 1 ədəd pəncərə çərçivəsi 2 kv.m sahədə yanıb.

Evlərin qalan hissələri yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sizin Reklam Yeriniz