Əlaqə Arxiv
news Image
2014.07.28
00:13
| A A A
Milyarder supermodelin ailəsini dağıtdı
Məşhur model Miranda Kerr və həyat yoldaşı Orlando Blumun boşanmaya səbəbkar olan insanın kimliyi açıqlanıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, həmin şəxsin avstraliyalı milyarder Ceyms Parker olduğu iddia edilir. 30 yaşlı supermodel Miranda Kerrin milyarder Parkerin məşuqəsi olduğu, sonra da Parkerə olan sevgisinə ailəsini qurban verdiyi vurğulanır.

7 milyard dollarlıq sərvətə malik 46 yaşlı Parker də 3 ay əvvəl arvadı, supermodel Erika Bakteri boşayıb. Miranda Kerr və Ceyms Parkerin ikisinin də evli olduqları zaman görüşdükləri bildirilir. Parkerin boşadığı arvadı Erika Bakster üç övladını da götürərək vətəni ABŞ-a qayıdıb.

Ceyms Parkerlə görüntülənən Miranda bunu gizlətmək üçün əlindən gələni edir. Miranda oğlu Flinni tərbiyə etdiyi üçün münasibətini qabartmaq istəmir. Buna baxmayaraq o, tez-tez avstraliyalı milyarderin mehmanxanasında görüntülənir
Sizin Reklam Yeriniz