Əlaqə Arxiv
news Image
2014.07.28
00:11
| A A A
32 nəfərlə batan gəmi sahilə çıxarıldı
2012-ci ildə İtaliyanın Cilyo adası yaxınlığında batan "Kosta-Konkordiya" gəmisi bu gün nəhayət ki, Genuya limanına gətiriləcək.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, 32 nəfərin ölümünə səbəb olan qəza baş verəndən bəri səyahət gəmisinin sahilə çıxarılmasına hazırlıqlar gedirdi. "Kosta-Konkordiya"nın Genuya sahillərinə çıxarılmasına 4 gün vaxt sərf edilib.

Buksirləndikdən sonra gəmi utilizasiyaya veriləcək. Genuya şəhər administrasiyası nəhəng gəminin sökülməsi işinə yüzlərlə fəhlənin cəlb ediləcəyini açıqlayıb.
Sizin Reklam Yeriniz