Əlaqə Arxiv
news Image
2014.07.28
14:03
| A A A
Asiyada minlərlə müsəlman məscidlərə axışdı
Asiyanın ən böyük müsəlman ölkələrindən olan İndoneziya və Malayziyada müsəlmanlar Ramazan ayının son gününə təsadüf edən Fitrə çıxarmanı qeyd ediblər.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartada müsəlmanlar İstiqlal məscidinə axışıblar. Müsəlman dünyasında, xüsusən də Qəzza zolağında sülh və əmin-amanlıq üçün dualar edilib.

Malayziyanın paytaxtı Kuala-Lumpurda da müsəlmanlar məscidlərə axışaraq, kütləvi şəkildə dua ediblər. Milli Məscidə toplaşan minlərlə müsəlman son aylarda "Malayziya Hava Yolları"na məxsus iki sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ruhuna dualar edib.
Sizin Reklam Yeriniz