Əlaqə Arxiv
news Image
2014.07.28
23:03
| A A A
Bakıda qrildən dırnaq çıxdı
Bakı sakininin aldığı qrildən dırnaq çıxıb.

Movqe.az xəbər verir ki , Bakı sakini Asim Hacıyevin  verdiyi məlumata görə, bu gün Neapol dairəsində yerləşən "Dadlı Qril" yazılan dükandan aldığı qrili yemək istəyən zaman içində dırnaq tapıb:

"Dərhal qrili aldığım yerə getdim. Verdiyim 5 manatı geri qaytardılar. Satıcı mənə dedi ki, bu toyuğu təmizləyən qadının dırnağıdır. Həmin qadını mənə göstərmədilər".

Paytaxt sakininin sözlərinə görə, məsələ verdiyi 5 manatda deyildi: "Sadəcə istədim ki, insanlara, onları dolandıran muştərilərə hörmət etsinlər. Birdə belə şeyləri təkrar etməsinlər".


Sizin Reklam Yeriniz