Fitrə zəkatı nə qədər olmalıdır?
Fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən
aşağıdakı ərzaq növlərinin birindən adambaşına ən azı 3 kq. olmaqla
hesablanır: buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı. Bu ərzağın
qiymətinə uyğun olan məbləğdə pul da verılə bilər (şafii məzhəbinə
görə olmaz).
Yalnız hənəfi məzhəbində fitrə zəkatının miqdarı buğda üçün adambaşına təqribən 1,5 kq. müəyyən edilib; qalan ərzaq növləri üçün ölçü 3 kq.-dır.
Movqe.az -ın islam.az-a verdiyi məlumata görə, göstərilən miqdar minimal həddir. İnsan öz maddi imkanından asılı olaraq, ya bu ərzaq növləri arasında daha bahalı olanını seçə bilər, ya da fitrə zəkatının miqdarını 3 kq.-dan çox götürə bilər.
Bazarda yeməli buğdanın 1 kq-nın qiymətinin təqribən 1 manat olduğunu nəzərə alsaq, o zaman Azərbaycanda fitrə zəkatının adam başına minimum 3 manat təşkil etdiyini demək olar. Imkanı olanlar göstərilən məbləğdən daha artığını da ödəyə bilərlər.