Əlaqə Arxiv
news Image
2014.07.30
10:52
| A A A
Ukraynada 9 uşaq minaya düşüb

Ukraynanın Donetsk vilayətində, Artemovsk rayonunun Berestovaya kəndi ərazisində 9 uşaq minaya düşüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib.

 

"Uşaqlar artıq xəstəxanaya çatdırılıb. Hamısının vəziyyəti olduqca ağırdır. Bəzilərinin əl və ayaqları amputasiya oluna bilər. Bir neçə uşaq görmə qabiliyyətini itirib", deyə müşavir bildirib.


Sizin Reklam Yeriniz