Əlaqə Arxiv
news Image
2014.07.30
15:39
| A A A
Azərbaycanda bir kənd yasa batdı
Yevlax rayonunda dəhşətli yol qəzası baş verib. Movqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bünyadabad kəndi ərazisində Tofiq Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili kanala aşırıb. Nəticədə T.Əliyev və sərnişinləri Bünyadabad kənd sakinləri Fazil Həsənov, Baxşəli Həsənov və Nəriman Hüseynov hadisə yerində ölüb. İlkin ehtimala görə, qəzaya avtomobilin sürət həddini aşması səbəb olub. Qəzada ölənlərin hamısı eyni kənddən olublar. Faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz