Əlaqə Arxiv
news Image
2014.07.30
19:11
| A A A
Bakı Metropoliteninin rəhbərliyi yerini dəyişdi

Bu gündən Bakı Metropoliteninin rəhbərliyi "28 May" metrostansiyasının ikinci çıxışının üstündə tikilən yeni binaya, Mikayıl Rəfili 20 ünvanına köçüb.

Bu barədə Azadinform-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, indiyədək Metropolitenin inzibati binası metronun "Elmlər Akademiyası" stansiyasında yerləşirdi: "Bura texnoloji korpus adlanır. Əvvəllər Metropolitenin ayrı-ayrı xidmətləri müxtəlif binalarda yerləşirdi. İndi isə bir neçə xidmət, o cümlədən dispetçer məntəqəsi, rabitə və işarəvermə idarəsi bu binada yerləşir".

Sizin Reklam Yeriniz