Əlaqə Arxiv
news Image
2014.07.31
20:17
| A A A
Bakıda gözəllik guşəsi olacaq
İncəsənət Gimnaziyasının sökülən yataqxanalarının yerində nə olacaq? "Respublika İncəsənət Gimanaziyasının qəzalı vəziyyətdə olan yataqxanasının birinci korpusu artıq sökülüb, ikincisində isə işlər başlayır". Bunu ANS PRESS-ə açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfat Şöbəsinin müdiri Şahin Məmmədov deyib. 

Ş. Məmmədov İncəsənət Gimnaziyasının sökülən yataqxanalarının yerində heç bir tikinti olmayacağını deyib. 

"Ölkə prezidentinin iştirakı ilə Azərbaycan Milli Konservatoriyasının yeni binasının açılışı olub. Həmin bina Azərbaycan memarlığının bütün çalarlarını özündə əks etdirir. Amma konsevatoriyaya bitişik və onun nəzdində olan İncəsənət Gimanaziyasının iki yataqxanası son dərəcə qəzalı vəziyyətdə idi. Həmin açılışda Konsevatoriyanın rəhbərliyi onların sökülməsi ilə bağlı ölkə prezidentinə müraciəti edib".

Şöbə müdirinin sözlərinə görə, söküntü işlərindən sonra həmin ərazidə Hüseyn Cavid prospektinə açılan gözəllik guşəsi yaradılacaq:
"Yataqxanaların yerində heç bir tikinti olmayacaq. O yataqxanada şagirdlər qalmırdı. Orada ancaq məcburi köçkünlər və bir neçə digər bölgələrdən olan insanlar yaşayırdılar. Onlar heç bir qeydiyyat olmadan orada məskunlaşmışdılar. Məcburi köçkünlər yeni yaşayış evləri ilə təmin olunublar. Digərləri isə müəyyən kompensasiya ilə öz yaşayış yerlərini dəyişiblər. Həmin yataqxanalar Konsevatoriyanın Hüseyn Cavid Prospektinə açılan hissəsini bağlayırdı. Qəzalı vəziyyətdə olan yataqxanalar Konsevatoriyanın arxitekturasını görünməz vəziyyətə salmışdı. Söküntü işlərindən sonra Konsevatoriyanın binası Hüseyn Cavid Prospektinə açılacaq və bu da o əraziyə yeni görkəm verəcək". 

Qeyd edək ki, 1959-cu ildə yaranan Respublika İncəsənət Gimnaziyası ilk öncə musiqi məktəbi kimi fəaliyyət göstərib. Hazırda gimnaziya Milli Konservatoriyanın nəzdindədir.
Sizin Reklam Yeriniz