Əlaqə Arxiv
news Image
2014.07.31
18:42
| A A A
Azərbaycanda isti hava şəraiti davam edəcək

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 38 dərəcə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 1-də Bakıda və Abşeron yarmadasında havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq, gündüz cənub-şərq küləyi əsəcək.

Bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq.

Dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz