Əlaqə Arxiv
news Image
2014.08.08
10:57
| A A A
Qəbələdə ağır qəza: 2 nəfər öldü

Qəzada sürücü və 1 sərnişinin meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb

Bakı - Oğuz yolunun 225-ci km-də Qəbələ rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 


FHN mətbuat mərkəzindən anspress-ə daxil olan xəbərə görə, qəza "Mercedes" markalı 2 avtomobilin toqquşması ilə meydana gəlib. 


Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. 


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, minik avtomobillərindən biri deformasiyaya uğrayıb, sürücü və 1 sərnişinin meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb.


Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyitləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 


Sizin Reklam Yeriniz