Əlaqə Arxiv
news Image
2014.07.07
12:55
| A A A
“Ulduz” şokolad və karamel fabriki iki beynəlxalq qida sərgisində Azərbaycanı təmsil edəcək
Cari ilin sentyabrın 15-18-i tarixlərində "Ulduz" şokolad və karamel fabriki iki beynəlxalq qida sərgisində iştirak edəcək. Bu barədə Movqe.az-a Veysəloğlu MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Moskvada keçiriləcək "World Food Moscow 2014" və Tehran şəhərində keçiriləcək "13th Iran International Confectionery Fair" sərgilərində "Ulduz" şokolad və karamel fabriki ölkəmizi keyfiyyətli və müxtəlif çeşidli məhsuları ilə təmsil edəcək. Hər iki sərgi qida ticarəti sahəsində milli brendlərin yayılması və qarşılıqlı biznes əlaqələrinin qurulmasında mühüm rol oynayan əsas beynəlxalq sərgilərdəndir. Qeyd edək ki, Avropanın ən qabaqcıl avadanlıqları ilə təchiz edilmiş "Ulduz" şokolad və karamel fabrikində istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq hər il Almaniya, Rusiya, BƏƏ-də keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir.
Sizin Reklam Yeriniz