Əlaqə Arxiv
news Image
2014.08.13
19:10
| A A A
NATO Ukraynaya qoşun yeritdi

Rusiyanın Ukraynanın şərqinə humanitar yardım göndərmək cəhdi NATO-nu hərəkətə gətirib.

Bu barədə Axar.az-a adının çəkilməsini istəməyən ekspert məlumat verib. Məlumatda NATO-ya məxsus hərbi karvanın Ukraynaya hərəkət etdiyi bildirilib. Karvanın Rusiyanın törədəcəyi hər hansı təxribat zamanı hadisələrə birbaşa müdaxilə etmək üçün hazırlıq gördüyü söylənilib. Polşanın nəzarəti tam təmin etməsi üçün fövqəladə proqramdan istifadə etdiyi vurğulanılıb. Qoşunların Brest istiqamətində olduğu söylənilir. Qeyd edək ki, bu gün Polşanın Xarici İşlər naziri Radoslav Sikorski Rusiyanın Ukraynanın şərqinə humanitar yardım göndərməsini alqışladıqlarını bildirmişdi.


Sizin Reklam Yeriniz