Əlaqə Arxiv
news Image
2014.08.14
18:58
| A A A
Bu il Azərbaycanda ÜDM istehsalı 2,4% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 34 ABŞ mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4% çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsindən movqe.az-a verilən məlumata görə, ümumi daxili məhsulun (ÜDM) əhalinin hər nəfərinə düşən həcmi 3 621,3 manat (4 617,3 dolları) təşkil edərək 1,1% artıb.Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,8% artıb, onun ÜDM-də xüsusi çəkisi 56,8% təşkil edib, neft-qaz istehsalı və emalı sahələrində isə 3,1% azalıb.Yanvar-iyul aylarında sənayedə 15,5 mlrd. manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 1,7 mlrd. manatlıq, tikintidə 3,9 mlrd. manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 2,6 mlrd. manatlıq, nəqliyyat və anbar təsərrüfatında 1,7 mlrd. manatlıq, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 743,5 mln. manatlıq, informasiya və rabitə xidmətlərində 564,5 mln. manatlıq, sosial və digər xidmətlər sahəsində isə 5 mlrd. manatlıq əlavə dəyər istehsal edilib.Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1%-ni təşkil edib.

Sizin Reklam Yeriniz