Böyük Britaniyanın ən varlı qadınlarından biri evində ölü tapılıb
Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın ən
varlı qadınlarından biri Eva Rausing evində ölü tapılıb. O, qərbi
Londonda yaşayırdı.Onu da xatırladaq ki, cənab və xanım Rausinglər
2008-ci ildə narkotikə görə tutulmuşdular. Ölümün səbəbi məlum
deyil. Faktla bağlı araşdırma aparılır.