Əlaqə Arxiv
news Image
2014.08.15
18:52
| A A A
Avro-2020-nin ev sahiblərinin elan olunacağı tarix açıqlandı
Onların sırasında Bakı ilə təmsil olunan Azərbaycan da var

Futbol UEFA AVRO-2020-nin final mərhələsini qəbul edəcək şəhərlərin adını açıqlayacağı tarixi elan edib. Movqe.az-ın məlumatına görə, sözügedən yarışı qəbul edəcək 13 şəhərin adı sentyabrın 19-u, UEFA İcraiyyə Komitəsinin Cenevrə şəhərində keçiriləcək iclasında elan olunacaq.Xatırladaq ki, yarışa 19 ölkə namizəddir. Onların sırasında Bakı ilə təmsil olunan Azərbaycan da var.Ümumilikdə, namizəd ölkələr bunlardır: Azərbaycan (Bakı), Rusiya (Sankt-Peterburq), Belarus (Minsk), Belçika (Brüssel), Bolqarıstan (Sofiya), Danimarka (Kopenhagen), Şotlandiya (Qlazqo), İspaniya (Bilbao), Macarıstan (Budapeşt), İrlandiya (Dublin), İsrail (Yerusalim), İtaliya (Roma), Makedoniya (Skopye), Hollandiya (Amsterdam), Uels (Kardiff), Rumıniya (Buxarest), İsveç (Stokholm), İngiltərə (London), Almaniya (Münhen).

Sizin Reklam Yeriniz