Bakı Metrosunda yenilik
Bakı Metropolitenində qatarların hərəkəti geriyə sayım prinsipi ilə
tənzimlənəcək. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin
rəhbəri Nəsimi Paşayev AzərTAc-a bildirib ki, hazırda bu sistem
metropolitenin "Dərnəgül" stansiyasında tətbiq olunur. Sistemin
mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, metronun
yeni stansiyalarında, sonrakı mərhələdə isə rekonstruksiya ediləcək
mövcud stansiyalarda geriyə sayım prinsipi tətbiq olunacaq. Bu,
eyni zamanda, sərnişinlərin qatarların hərəkəti barədə daha dəqiq
informasiya almasına imkan yaradacaq.