Əlaqə Arxiv
news Image
2014.08.23
12:03
| A A A
Arda Turanın arzuladığı komanda
"Atletiko Madrid" klubunun türk futbolçusu Arda Turan İspaniyanın məşhur kişi jurnalı olan "GQ"yə xüsusi müsahibə verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , bu gecə İspaniya super kubokunu əldə edən "Atletik Madrid" futbol klubunun ulduz futbolçularınan olan Arda Turandan müsahibəni evində götürüblər.

Madriddə olmaqdan, paytaxt klubunda oynamaqdan zövq aldığını bildirən Arda, komandasının qazandığı uğurların təsadüfi olmadığını və "Atletiko"ya transfer olarkən "Real"la "Barselona"ya rəqib olmaq üçün gəldiyini vurğulayıb.

O, Ronaldo, ya da Messi olmasa da yaxşı bir komandanın yaxşı bir üzvü olduğunu diqqətə çatdırıb. Suallara verdiyi cavablardan hazırcavablığı sezilən futbolçu, həmçinin arzuladığı komandanı da dilə gətirib.

"Qvardiolanın "Barselona"sında Messiyə pas vermək istəyərdim" – deyə ulduz futbolçu belə bir xəlayının olduğunu bildirib.

Qeyd edək ki, bu gecə "Real"la qarşılaşan "Atletiko" rəqibini 1 top üstünlüklə məğlub edərək fəxri mükafata sahib olub. Arda Turan isə həmin oyunda iştirak etməyib.
Sizin Reklam Yeriniz