Əlaqə Arxiv
news Image
2012.07.12
12:30
| A A A
Prezidentin kasıb qardaşı

Movqe.azxəbər verir ki, noyabr ayında keçiriləcək seçkilərə hazırlaşan ABŞ Prezidenti Barak Obamaya ən böyük zərbə öz ailə üzvündən gəlib. Barak Obama ilə eyni atadan dünyaya gələn ögey qardaşı Corc Obama mühafizəkar yazıçı Dineş de Souzanın 2011-ci ildə  ən çox satılan "The Roots of Obama 's Rage" kitabına çəkilən "Obama ikinci dəfə seçilibsə 2016-də harada olacağıq" adlı sənədli filmdə iştirak edib. Keniyanın paytaxtı Nayrobidə yerləşən balaca bir evdə yaşayan 30 yaşlı Corc Obama dünyanın ən güclü şəxsiyyətiolan ögey qardaşı Prezident Obamanın nəyə görə ona heç vaxt kömək etmədiyi sualına belə cavab verib: "Onun öz ailəsi var. Ailəsinin bir üzvüyəm lakin, artıq qocalmışam. Buna baxmayaraq öz qayğıma qala bilərəm. Onun məşqul olması lazım olan daha mühüm mövzular var.O, dünyayla maraqlanır, buna görə mənimlə də maraqlanır. Mən də dünyanın bir üzvüyüəm". Xatırladaq ki, Corc Obama Prezident Obamanın atasının ən kiçik övladıdır.


Sizin Reklam Yeriniz