Əlaqə Arxiv
news Image
2014.08.27
13:22
| A A A
27 milyon koreyalıya kələk

15-65 yaşlı koreyalıların 220 milyon məxfi məlumatı cinayətkarların əlinə keçib.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, Cənubi Koreyanın yüksək vəzifəli şəxslərinin məlumatına görə, ölkə hökuməti 27 milyon vətəndaşın qurbanının olduğu genişmiqyaslı məlumat sızmasının araşdırılması ilə bağlı hadisənin bəzi detallarını açıqlayıb.


Anspress-in Rabitə və Yüksək Texnologiyalar nazirliyinin saytına istinadən məlumatına görə, ölkə əhalisinin həddi-buluğa çatmayan sakinlərinə də aid olan insident nəticəsində 15-65 yaşlı koreyalıların 220 milyon məxfi məlumatı cinayətkarların əlinə keçib.


Oğurlanan informasiya müxtəlif kompüter oyunlarında qeydiyyatdan keçməyə, kinoteatrlarda bilet sifariş etməyə və s. imkan verən populyar servisin internet səhifəsində saxlanılıb.


Hazırda hüquq-mühafizə orqanları haker hücumunun təşkilində şübhəli bilinən 16 nəfəri həbs edib. Polisin məlumatına görə, insident nəticəsində Cənubi Koreya əhalisinin 70 faizinə ziyan dəyib.


Həmçinin qeyd olunur ki, oğurlanmış informasiyaya istifadəçi adları, onların parolları, eləcə də ərazi üzrə qeydiyyat ünvanları daxildir.

Sizin Reklam Yeriniz