Əlaqə Arxiv
news Image
2012.07.12
15:45
| A A A
Səudiyyə Ərəbistan təslim oldu
Movqe.Az CNN-nə istinadən bildirir ki, Səudiyyə Ərəbistanın London Olimpiadalarına iki qadın idmançı göndərəcəyi açıqlanıb. Bu Səudiyyə Ərəbistanın tarixində bir ilk olacaq.

AP-in əldə etdiyi məlumatlara görə, hələ rəsmi şəkildə elan edilməsə də, Səudiyyə Ərəbistan iki qadın idmançını London Olimpiadalarına göndərmək qərarına gəlib.

Qadın hüquqlarının son dərəcə məhdud olduğu Səudiyyə Ərəbistan, Olimpiya Komitəsi və İnsan Hüquqları qruplarının sıx təzyiqi ilə qarşılaşmışdı.

Bu təzyiqin nəticə verdiyi və Səudiyyə Ərəbistanının iki qadın idmançını olimpiadalara göndərməyə qərar verdiyi məlum olub.

Bu günə qədər olimpiadalara qadın idmançı göndərməyən Qatar və Brunei də 2012 London Olimpiya Oyunlarında komandalarına qadın idmançıları əlavə etdiyini açıqlaydıblar.

Sizin Reklam Yeriniz