Əlaqə Arxiv
news Image
2012.07.12
16:14
| A A A
İnternetdə uşaqların qorunması ilə bağlı qanun qəbul edilib

Movqe.az xəbər verir ki, Rusiya Parlamenti Alt Məclisi olan Duma  uşaqlar üçün zərərli olan internet saytlarını "qara siyahıya" alan qanunu qəbul edib. Qanunun qəbul edilməsi üçün iqtidar və müxalifət birlikdə hərəkət edib. Dumada edilən səs vermədə 434 millət vəkili sözügedən qanuna "bəli" deyib. Səs vermədə bütün millət vəkillərinin eyni cavabı verməsi diqqət çəkib. Qanun məhkəmə qərarı olmadan internet saytlarının bağlanılmasını və blok edilməsini nəzərdə tutur. Qanuna görə saytlar, dərhal qara siyahıya düşməyəcək, əvvəlcə buna müvafiq federal qurum nəzarət heyəti Roskomnadzor tərəfindən nəzarət ediləcək. Sayt siyahıya düşər-düşməz bir gün içində bağlanması tələb olunacaq. Əgər bu tələb yerinə yetirilməzsə sayt blok ediləcək.

Sizin Reklam Yeriniz