İran xarici işlər naziri Rusiyaya gedib
Avqustun 29-da Moskvaya səfər edən İran xarici işlər naziri
Məhəmməd Cavad Zərif Rusiyanın xarici siyasət idarəsinin başçısı
Serqey Lavrovla görüşüb.
Movqe.az Azərtac-a istinadən xəbər verir ki , görüşdən sonra M.C.Zərif bildirib ki, Moskva ilə Tehran arasında münasibətlər bütün sahələr üzrə inkişaf edir. Hər iki dövlət beynəlxalq terrorçuluğa qarşı mübarizənin önündədir.
Nazir deyib ki, rusiyalı həmkarı ilə görüşdə Yaxın və Orta Şərqdəki vəziyyətlər müzakirə edilməyib. İran və Rusiya İraq, Suriya və Əfqanıstan problemlərinə vahid mövqedən yanaşaraq bu ölkələrdə tezliklə sülhün bərqərar olmasına çalışırlar.
M.C.Zərif görüşdə regional təhlükəsizlik məsələlərinin də müzakirə edildiyini diqqətə çatdırıb.