Əlaqə Arxiv
news Image
2014.09.01
12:50
| A A A
Kadırovçular ukraynalı əsirləri təhqir etdilər - VİDEO (16+)

Donbas vilayətinin İlovaysk şəhəri yaxınlığında gedən döyüşlər Ukrayna hərbçilərinin əsl cəhənnəminə çevrilib. Yüzlərlə öldürülən əsgərdən sonra əsir düşən ukraynalı könüllülər separatçılar və kadırovçu çeçenlər kimi tanınan döyüşçülərin təhqir obyektinə çevriliblər. Sosial şəbəkədə paylaşılan video-süjetdə əsir düşənlər çeçenlərin söyüşünə və bəzi suallarına tuş gəliblər.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, separatçılar bildirib ki, ənənəni pozacaqlar və əsirləri geri qaytarmaq fikrində deyillər. Əlavə ediblər ki, əsir hərbçiləri arxa cəbhədə Ukrayna ordusunun dağıtdığı evlərin, məktəblərin və digər əhəmiyyətli ictimai obyektlərin tikintisinə, bərpasına cəlb edəcəklər.

Kadırovçulardan biri bir qədər də irəli gedərək, çeçenləri təhqir edən və onların üzlərini qırxdıracağına söz verən Doberman ləqəbli gürcü könüllünü də tezliklə ələ keçirəcəklərinə, ona əsil həyat dərsi keçəcəklərinə söz verib.

Təhqir Ukrayna əsgərlərinin hərbi formalarının soyundurulması həddinə qədər davam edib.

Xatırladaq ki, dünən Ukrayna ordusu İlovayski yaxınlığında əsl faciə yaşayıb. Onlar humanitar koridor adlanan məkandan çıxarkən tələyə düşərək, separatçıların gülləbaranı ilə üzləşiblər. Bəzi mənbələrdə ölənlərin sayının 100, digərində isə 500-ə çatdığı deyilir. Yaralanan və əsir düşənlərin sayı barədə isə məlumat tam fərqlidir.

Sizin Reklam Yeriniz