Əlaqə Arxiv
news Image
2014.09.01
19:11
| A A A
YAP Gənclər Birliyi yüksək bal toplamış tələbələrlə görüş keçirib - FOTO

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin ofisində cari il ali təhsil müəssisələrinə qəbul zamanı yüksək bal toplamış tələbələrlə görüş keçirilib. YAP Gənclər Birliyindən movqe.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov ilk olaraq birliyin fəaliyyəti haqqında tədbir iştirakçılarına qısa məlumat verib. Sədr çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu gün ölkənin seçilən tələbələrinin bu görüşdə iştirakından məmnunluğunu dilə gətirib. Seymur Orucov həmçinin bildirib ki, YAP sıralarına qatılan gənclərin sayı ildən-ilə artır və bu davam etməkdədir. Vurğulanıb ki, əsası Heydər Əliyev tərəfindən qoyulan, fəaliyyəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən YAP-ın sıralarına qatılmaq istəyənlərin sayı olduqca çoxdur. Gənclər Birliyinə üzv olanlar da hər il artmaqdadır. Artıq Birliyin 250 mindən çox üzvü var. Bundan sonra biz üzv olma istəyən vətəndaşlar arasında seçim edəcəyik. Daha sonra YAP GB-nin fəaliyyəti haqqında 8 dəqiqəlik foto slayd nümayiş olunub.

Qeyd edək ki, tədbir iştirakçıları görüşdən əvvəl Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib, Heydər Əliyev Mərkəzində olublar.

Sizin Reklam Yeriniz